Bakıda daha iki polis bölməsinə rəis təyinatı olub

14:33 - 2 Sentyabr 2016 - Xəbər

 Azərbaycan daxili işlər orqanlarında yeni təyinatlar olub. Yasamal Rayon Polis İdarəsinin (RPİ) 26-cı Polis Bölməsinin (PB) rəisi, polis mayoru Murad Hüseynov vəzifəsindən azad edilərək Xəzər RPİ 1-ci PB-nin rəisi təyin edilib.
1-ci PB-nin rəisi, polis mayoru Zaur Əliyev isə Nəsimi RPİ-nin 22-ci PB-yə rəis təyin olunub.
22-ci PB-nin rəisi, polis polkovnik-leytenantı Mahir Məmmədov isə sərəncama göndərilib.
Qeyd edək ki, M.Hüseynov Azərbaycanın milli qəhrəmanı Tofiq Hüseynovun oğludur.

Xəbər xətti