Avtovağzal qarşısındakı yol sürücülərin istifadəsində - FOTO

11:55 - 2 Sentyabr 2016 - ÖLKƏ İÇİ

Beynəlxalq Avtovağzal kompleksi qarşısındakı avtobus dayanacağının yerləşdiyi giriş-çıxış yolu artıq sürücülərin istifadəsinə verilib.

Bu barədə Azəravtoyol ASC-dən məlumat verilib.
Köməkçi yol kompleks ərazisində baş vermiş sürüşmə zonasında bərkitmə işləri tam olaraq yekunlaşdıqdan sonra açılıb. Dayanacağa giriş-çıxış yolun zəruri olan yerlərində yararsız qrunt qazılaraq çıxarılıb. Sonra karbonat materialı tökülərək kipləşdirilib. Yolun köhnə asfalt-beton örtüyünün üst qatı frez maşınları vasitəsilə ilə qaşınaraq ərazidən daşınıb, əlavə bərkitmə işləri görülürək yolun asfaltlanması istiqamətində işlər görülüb.
Qeyd edək ki, sürüşmə baş vermiş yamacda aparılmış bərkitmə işləri zamanı yuxarı hissədə16 metr uzunluğunda və 7 metr hündürlükdə 5 ədəd istinad divarı inşa edilib. Divarlarda ankerləmə işləri aparılıb. Yəni divar deşilib, ora xüsusi troslar vurulub, dartılaraq gərginləşdirilib və sementasiya olunub.da asfaltlanma işləri yekunlaşdırılıb və yolda hərəkət tam bərpa olunub.
Ərazidə yerləşən avtobus dayanacağının qarşısından keçən köməkçi yol boyu və əsas yolun kənarlarında ineksiya işləri görülüb. Yer bir-neçə yerdən 20-30 metr dərinlikdə deşilib, ora beton məhlul tökülüb. Bundan başqa mövcud istinad divarı ilə köməkçi yol üzərində yerləşən istinad divarı arasındakı ərazidə 1200 millimetr diametrində və 33,5 metr dərinlikdə 50 ədəd svay vurulub.
Yamacın aşağı hissəsinin bərkidilməsi istiqamətində də işlər aparılıb. 16 metr uzunluğunda və 8 seksiyadan ibarət istinad divarları inşa edilib. Buna paralel olaraq ərazidə aparılan svay vurma işləri aparılıb. Ümumilikdə əraziyə 96 ədəd svay vurulub.


Xəbər xətti