Nazim İbrahimov Latviya Seymində görüş keçirib

11:44 - 2 Sentyabr 2016 - Xəbər

Latviyada səfərdə olan Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bu ölkə Seyminin deputatı, sabiq baş nazir Laymdota Strauyuma ilə görüşüb.

Komitənin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Latviyanın sabiq prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Frayberqa və İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Seragəldin iştirak ediblər. Görüşdə V Qlobal Bakı Forumuna hazırlıq məsələləri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti və əməkdaşlıq əlaqələri müzakirə olunub. L.Strauyuma qeyd edib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi nüfuzlu elmi mərkəzdir. O, V Qlobal Bakı Forumunda iştirak etmək niyyətini bildirib. N. İbrahimov isə həm Latviyada, həm də bütün Avropada Azərbaycan diasporunun fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində görülən işlər barədə danışıb.

Xəbər xətti