Ana səhifə
24 Sentyabr 2018

ARDNŞ dənizdə texniki nəzarəti gücləndirəcək

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ) sərbəst işlənilən dəniz yataqlarındakı estakadaların texniki vəziyyətinə nəzarəti gücləndirəcək.

 

 

Ucnoqta.azTrendə istinadla xəbər verir ki, bu barədə cümə günü “Neft Daşları” yatağından ilk neftin hasil olunmasının 65 illiyinə həsr edilmiş tədbirdə ARDNŞ-nin rəhbəri Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, dünən estakadada baş vermiş uçqundan sonra estakadaların texniki vəziyyətinə nəzarət daha da sərtləşdirilməlidir: "Hər hansı uyğunsuzluq aşkar edildikdə estakadadan istifadə dayandırılmalıdır, yalnız zəruri təmir və yenidənqurma işləri aparıldıqdan sonra o yenidən istismara verilə bilər".

R.Abdullayev deyib ki, Dövlət Neft Şirkəti müntəzəm olaraq köhnə estakadaların təmiri, yenidən qurulması və yenilərinin tikintisi işləri həyata keçirir. "Neft Daşları" yatağında 6 min metr uzunluğunda köhnə estakadaların təmiri və yenilərinin tikintisi həyata keçirilib. Bu il yataqda təmir olunan və yenidən qurulan estakadaların uzunluğu üç min metrə çatıb.

 

Tarix
7 Noyabr 2014 [12:37]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin