Polis Akademiyasında vəzifəli şəxs işdən çıxarıldı

11:22 - 2 Sentyabr 2016 - Xəbər

Polis Akademiyasının fakültə rəhbəri vəzifəsindən azad edilib. Ucnoqta.az apa-ya istinadən xəbər verir ki, akademiyanın qiyabi fakültəsinin rəhbəri, polkovnik Əhməd Əhmədov işdə yol verdiyi nöqsanlara görə işdən çıxarılıb.

Polis Akademiyasından Ə.Əhmədovun işdən çıxarılması xəbərini təsdiqləyiblər.
Qeyd edək ki, Ə.Əhmədov 2008-ci ildən Polis Akademiyasında qiyabi fakültəyə rəhbərlik edib.

Xəbər xətti