Pakistanda partlayış: 10 nəfər həlak olub, 40-dan çox adam yaralanıb

11:15 - 2 Sentyabr 2016 - Xəbər

Pakistanın şimal-qərbində yerləşən Xayber-Paxtunxva əyalətinin Mərdan şəhərində iki partlayış olub. "Daily Pakistan" xəbər verir ki, hadisə nəticəsində 10 nəfər həlak olub, 40-dan çox adam yaralanıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, partlayış sonradan təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilən dörd yaraqlının hücumu nəticəsində baş verib.
Hazırda partlayış sahəsi hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən mühasirəyə alınıb, istintaq-araşdırma tədbirləri həyata keçirilir.

Xəbər xətti