Ana səhifə
19 Sentyabr 2018

Futbolçular deputat oldu

Braziliyada keçirilən parlament seçkilərində çox sayda sabiq futbolçu vəzifəyə keçib.
Məlumatlara görə, aralarında Bobo, Jardel və Bebeto kimi məşhur adların da olduğu 20-yə yaxın veteran futbolçu millət vəkili və senator seçilib. 
Bir dövr Braziliya futboluna damğa vuran məşhur adlardan biri olan Romario de Souza namizəd olduğu Rio de Janeyroda 4,5 milyon səslə senator seçilib. Bir dövr "Qalatasaray"da oynayan və Avropada bombardir seçilən əfsanə oyunçu Mario Jardel isə məmləkəti Rio-Qrande do Sul əyalətindən millət vəkili seçilib. 
Ölkədə futbola olan marağı nəzərə alan siyasətçilər ulduz futbolçuları vitrinə çıxararaq uğur qazanmağa çalışıblar.
Qeyd edək ki, Braziliyada ilk dəfə futboldan siyasətə keçid Pelenin adı ilə bağlıdır. Pele siyasi böhranların olduğu bir müddətdə milli birliyin və bərabərliyin simvolu olaraq dövlət idarəçiliyinə gətirilib.

Tarix
7 Oktyabr 2014 [16:32]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin