Türkiyənin müdafiə naziri Azərbaycana səfər edəcək

11:10 - 2 Sentyabr 2016 - Xəbər

Türkiyənin müdafiə naziri Fikri İşık Azərbaycana səfər etməyi planlaşdırır.

Bu barədə "Report" diplomatik mənbələrə istinadən xəbər verir.
Nazirin Bakıya "ADEX-2016" müdafiə məhsulları sərgisində iştirak etmək üçün gələcəyi gözlənilir. Qeyd edək ki, II Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi sərgisi (ADEX 2016) sentyabr ayının 27-dən 30-dək Bakı Ekspo Mərkəzində keçiriləcək.

Xəbər xətti