Müharibənin qarşısını almaq üçün 976 nəfər həbs olunub

11:07 - 2 Sentyabr 2016 - Xəbər

Yaponiyada son yarım il ərzində – 2016-cı ilin martından iki mafioz qruplaşma arasında müharibədən yayınmaq üçün 976 nəfər həbs olunub.

Ucnoqta.az xəbər verir ki, həbs edilənlər "Yamaquti-qumi" və ondan ayrılan "Kobe Yamaquti-qumi" qruplaşmalarının üzvləridirlər.
Hüquq-mühafizə orqanlarından bildirilib ki, bu addım ailələrarası müharibənin qarşısını almaq üçün atılıb.
Qeyd olunur ki, qruplaşmalar arasında aparılan danışıqlar hələ də, uğurla başa çatmayıb. Hər iki qruplaşmanın yüksək vəzifəli üzvləri qətlə yetirilib.

Xəbər xətti