MHP-dən olan keçmiş deputat həbs edilib - FETÖ-yə görə

10:58 - 2 Sentyabr 2016 - DÜNYA

Fətullahçı terror təşkilatı (FETÖ) ilə bağlı keçirilən istintaq çərçivəsində Milliyyətçi Hərəkat Partiyasından (MHP) olan keçmiş deputat, vəkil Zeynel Balkız tutulub.

"Haber7" xəbər verir ki, bu əməliyyat zamanı ümumilikdə 12 vəkil saxlanılıb. Z.Balkızla yanaşı 9 vəkil barəsində isə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Zeynel Balkız 2015-ci il iyunun 7-də MHP-dən millət vəkili seçilmişdi. Həmin il noyabrın 1-də keçirilən təkrar seçkidə isə partiyasından namizədliyi irəli sürülməmişdi.

Xəbər xətti