Ceki Çan "Oskar" alacaq

10:53 - 2 Sentyabr 2016 - MAQAZİN

Məşhur çinli aktyor Ceki Çan kinematoqrafiyaya verdiyi mühüm töhfəyə görə fəxri "Oskar" alacaq.

Bu barədə Amerikanın Kino Sənəti Akademiyasının məlumatında bildirilir.
Mükafatın təqdimetmə mərasimi noyabrın 12-də Los-Ancelesdə keçiriləcək
Aktyor "Sərxoş usta" (1978-ci il), "Şanxay cəngavərləri" (2003), "Yer ətrafında 80 gün" (2004) və digər bu kimi filmlərdə çəkilib. Şərq əlbəyaxa döyüş ustası olan Ceki Çan dünyanın ən çox qonorar alan aktyorları reytinqində ikinci yerdə (61 mln. dollar) qərarlaşıb.

Xəbər xətti