KİV: Səmərqənddə Özbəkistan prezidentinin dəfninə hazırlıq işləri görülür

10:52 - 2 Sentyabr 2016 - Xəbər

Özbəkistanda ölkə prezidenti İslam Kərimovun dəfninə hazırlıq işləri gedir.

Bu barədə yerli "Fergananews" informasiya agentliyi məlumat yayıb.
Sözügedən sayt bundan əvvəl prezidentin ölüm xəbərini yaymışdı.
Saytın mənbəsinin verdiyi xəbərə görə, Səmərqənd şəhərində özbək liderinin dəfninə hazırlıq görülür. Prezidentin vəfat etməsi sentyabrın 2-də elan olunacaq, dəfn mərasimi isə ayın 3-də keçiriləcək.
"Azadlıq" radiostansiyası ölkənin baş naziri Şövkət Mirziyayevin artıq Səmərqəndə getdiyini xəbər verib.
Rəsmi Daşkənd dövlət başçısının öldüyünə dair xəbəri təkzib edir. Həmçinin dünya liderləri bu yaxınlarda Özbəkistanın Müstəqillik Günü münasibəti ilə İslam Kərimovu təbrik ediblər.


Xəbər xətti