Ana səhifə
21 Sentyabr 2018

İlin sonunadək Gəncədə daha 300 "Belarus" yığılacaq

“Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyində 2014-cü ilin sonuna kimi 300 ədəd müxtəlif modifikasiyalı Belarus markalı traktorların istehsalı planlaşdırılıb.

 

 

Ucnoqta.az xəbər verir ki, müəssisənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu müddətdə 300 ədəd traktor üçün kotanlar, 70 ədəd MAZ markalı avtomobillərin yığılması nəzərdə tutulur. İstehsal olunan traktor və kotanlar dövlət sifarişi əsasında “Aqrolizing” Acıq Səhmdar Cəmiyyətinə veriləcək.

Hazırda zavodda traktorların bazasında ekskavatorlar, qar təmizləyənlər, asfalt doğrayan və yol təmizləyən maşınlar, traktor üçün qoşqular və istənilən növ asma avadanlıqları istehsal edilir. MAZ markalı avtomobillərinin bazasında yanacaq və su daşıyan maşınlar, yükü özüboşaldan, dartıcı avtomobillər, assenizasiya maşınları, təmir emalatxanaları və kommunal maşınları istehsal edilir.

Bu günədək “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyində 5160 traktor istehsal olunub ki, onlardan 4631-i dövlət sifarişi əsasında “Aqrolizing” Acıq Səhmdar Cəmiyyətinə təhvil verilib.

 

Tarix
7 Noyabr 2014 [12:07]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin