Yerüstü piyada keçidləri təmir edildi - FOTO

16:56 - 1 Sentyabr 2016 - ÖLKƏ İÇİ

Ziya Bünyadov prospektində yerləşən yerüstü piyada keçidləri təmir edilib.

“Azəravtoyol” ASC-dən Ucnoqta.az-a verilən məlumata görə, təmir işləri vətəndaşların müraciəti əsasında aparılıb. Ətrafda yaşayan sakinlərin və mütamadi olaraq yerüstü piyada keçidlərindən istifadə edən vətəndaşlaın pilləkan hissələrdə yeni tutacaqların quraşdırılması ilə bağlı “Azəravtoyol” ASC-ə müraciəti əsasında sözügedən keçidlərdə yeni tutacaqlar quraşdırılıb.
“Azəravtoyol” ASC vətəndaşlardan keçidlərdən istifadə edərkən nizam-intizamlı olmalarını və dövlət əmlakına zərər vurmamağı xahiş edir. Bu cür halların yenidən təkrarlanacağı təqdirdə həmin şəxslər barəsində qanunvericilik çərçivəsində ölçü götürüləcək.


Xəbər xətti