Sumqayıtda sürücü yolu keçən piyadaları vurub

14:45 - 1 Sentyabr 2016 - HADİSƏ

 Sumqayıtda sürücü iki qadını vurub, onlardan biri ölüb.Daxili İşlər Nazirliyindən verilən məlumata görə, avqustun 31-də saat 10 radələrində Sumqayıt şəhərində şəhər sakini Nazim Nağızadə idarə etdiyi “VAZ-21144” markalı avtomobillə yolu keçən həmyerliləri Elmira Dünyamalıyevanı və Samirə Şirinovanı vurub. Hər iki piyada, habelə N.Nağızadənin 1 sərnişini xəstəxanaya yerləşdirilib, E.Dünyamalıyeva orada ölüb.
Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsi araşdırma aparır.

Xəbər xətti