Ana səhifə
20 Sentyabr 2018

"Qızıl Xaç"ın əməkdaşları növbəti dəfə Kəlbəcər girovlarına baş çəkib

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən azərbaycanlılara baş çəkiblər. 

 

Ucnoqta.azxəbər verir ki, BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqə şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya bildirib ki, sayca 6-cı olan başçəkmə noyabrın 5-də baş tutub.
BQXK-nın nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlılara ailə məlumatları çatdırıb və onlardan da ailələri üçün məlumat alınıb.
İ. Hüseynova qeyd edib ki, BQXK öz mandatına uyğun olaraq saxlanılan şəxslərlə görüşləri davam etdirəcək. Komitə nümayəndəsi deyib ki, BQXK saxlanılan şəxslərin məhkəmə prosesi barədə şərh vermir və məhkəmədə iştirak etmir: "BQXK məhkəmə prosesi ilə bağlı məlumat mənbəyi deyil".
Xatırladaq ki, bu ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.
H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. 

Tarix
7 Noyabr 2014 [11:48]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin