Sabaha olan hava məlumatı- yağış yağacaq

13:19 - 1 Sentyabr 2016 - ÖLKƏ İÇİ

 Sabah, sentyabrın 2-si Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, gecə və səhər yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir.
Güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 20-23, gündüz 24-27 dərəcə isti, Bakıda gecə 21-23, gündüz 25-27 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında sabah şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 18-23, gündüz 25-30 dərəcə isti, dağlarda gecə 13-17, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.

Xəbər xətti