Sultan Səlim Yavuz körpüsündən ödənişli keçidlər başladı

11:32 - 1 Sentyabr 2016 - Xəbər

Açılışı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən edilən Sultan Səlim Yavuz körpüsü açılışdan sonra bir müddət pulsuz istifadə edilmiş və bu vətəndaşların axınına məruz qalmışdı. Körpüdən dünən gecə saat 00:00-dan etibarən isə pullu keçidlər başlayıb. 

Ucnoqta.az bu barədə Habertürk-ə istinadən xəbər verir. 
Vətəndaşlar, “Bu günə qədər körpüdən pulsuz istifadə etdik. Bu xalq üçün yaxşı bir haldır. Amma bu saatdan sonra isə körpüdən keçidlər pullu olacaq. Körpüyə qoyulan investisiyaların qarşılığını almalıyıq. Əməyi keçənlərə təşəkkür edirik”, - deyə prezident qeyd edib.
Körpüdən pullu keçidlər başlayandan sonra məmur ilə sürücülər arasında bir sıra problemlər yaşanıb. 
Qeyd edək ki, körpünün avqustun 26-da açılışı olub.

Xəbər xətti