Şimali Osetiyada Azərbaycan güləşçisinə ev verilib

11:25 - 1 Sentyabr 2016 - İDMAN

Braziliyada keçirilmiş XXXI Yay Olimpiya Oyunlarında Azərbaycanı sərbəst güləş yarışlarında təmsil edən Xetaq Qazyumova Şimali Osetiyada ev verilib. "Report"un məlumatına görə, 97 kq çəkidə çıxış edən idmançıya təxminən 12 500 manat pul və iki otaqlı mənzilin açarı təqdim edilib. Avqustun 31-də Şimali Osetiyanın "Vladiqafqaz" aeroportuna eniş edən idmançını yaxınları, qohumları və azarkeşlər qarşılayıb. Bundan sonra Şimali Osetiyanın rəhbərinin vəzifəsini müvəqqəti icra edən Vyaçeslav Bitarov idmançıya pul mükafatını və mənzilin açarını təqdim edib. Qeyd edək ki, X.Qazyumov "Rio-2016"da Azərbaycana gümüş medal qazandırıb.

Xəbər xətti