Yol polisi bıçaqlanıb - Bakıda

11:18 - 1 Sentyabr 2016 - HADİSƏ

Bakıda yol polisi bıçaqlanıb. Ucnoqta.az “report”a istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, M.Cəlal küçəsi 143A ünvanında qeydə alınıb.

Həmin ünvanda Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) polis serjantı 1983-cü il təvəllüdlü Rəşad İsmayılov naməlum şəxs tərəfindən çiyin nayihəsindən bıçaqlanıb.
R.İsmayılov Daxili İşlər Nazirliyinin hospitalına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti