Akademik Milli Dram Teatrı 144-cü teatr mövsümünü Şəkidə açacaq

17:55 - 31 Avqust 2016 - Mədəniyyət

Akademik Milli Dram Teatrı 144-cü teatr mövsümünü sentyabrın 15-də Şəkidə açacaq. "Report" xəbər verir ki, Milli Dram Teatrı II Şəki Beynəlxalq Teatr Festivalının açılışında Cəlil Məmmədquluzadənin "Ölülər" tragikomediyası ilə çıxış edəcək. Tamaşanın quruluşçu rejissoru Milli Dram Teatrının bədii rəhbəri və direktoru, xalq artisti Azərpaşa Nemətdir.

Sentyabrın 17-də isə Bakıda, Milli Dram Teatrında İlyas Əfəndiyevin "Qarabağnamə" tamaşası ilə teatrın sentyabra olan tamaşaları start götürəcək.

Xəbər xətti