Bakıda qadının qızıllarını və 14 min pulunu mənimsəyən lombard işçisinə hökm oxundu- 9 İL HƏBS

16:52 - 31 Avqust 2016 - Xəbər

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Azər Şıxverdiyevin cinayət işi üzrə məhkəməsi başa çatıb.Hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən A.Şıxverdiyev 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, şəhər sakini Lalə İbrahimova polisə ərizə ilə müraciət edərək bildirib ki, Yasamal rayonu Nizami küçəsi 63-də yerləşən “Turan Bank”ın nəzdində olan Lombardda işləyən Azər Şıxverdiyevə bir gün saxlamaq adı ilə 14 840 manat və qızıl zinət əşyalarını verib. A.Şıxverdiyev müxtəlif bəhanələr gətirərək həmin pulu və qızılı geri qaytarmayaraq mənimsəyib. Daha sonra A.Şıxverdiyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Xəbər xətti