Ana səhifə
18 Noyabr 2018

“İşğal olmasaydı, Azərbaycan daha sürətlə inkişaf edərdi”

“Azərbaycan svilizasiyaların kəsişməsində yerləşir, mədəniyyətlərarası və dinlərarası dialoqa xüsusi önəm verir”.

 

 

Ucnoqta.az” xəbər verir ki, APA-nın məlumatına görə, bunu bu gün Bakıda Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyi çərçivəsində AŞ-ın Qonşu regionlar üzrə siyasətinə dair keçirilən yüksək səviyyəli beynəlxalq konfransda xarici işlər naziri Elmar Məmmdyarov deyib.

 

E. Məmmədyarov bildirib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verir. Nazir Azərbaycanın artıq Afrika və Asiya ölkələrinə yardım həyata keçirən donor ölkəyə çevrildiyini vurğulayıb. XIN rəhbəri deyib ki, Dağlıq Qarabağ münaqişəsi, ərazilərin işğalı olmasaydı, Azərbaycan daha sürətlə inkişaf edərdi: “BMT Təhlükəsizlik Şurasının ərazilərin işğaldan azad edilməsi ilə bağlı 4 qətnaməsinin yerinə yetirilməməsi təəssüf doğurur”.

 

E. Məmmədyarov bu tədbirin Azərbaycanın AŞ Nazirlər Komitəsinə sədrliyi dövründə sonuncu tədbir olduğunu vurğulayıb. Nazir qeyd edib ki, noyavrın 13-də Azərbaycanın AŞ Nazirlər Komitəsinə sədrliyini Belçikaya təhvil vermək üçün Strasburqda olacaq: "Bu müddət ərzində Azərbaycan korrupsiya, gənclərin təhsili və digər tədbirlərin təşəbbüskarı olub. Azərbaycan Avropa Şurasının Qonşu regionlar üzrə siyasətinin güclü tərəfdarıdır. Qonşuluq Siyasəti 3 il əvvəl İstanbulda başlanıb. Ümilvaram ki, gələn il ilk Avropa Olimpiya Oyunlarına baxmaq üçün Azərbaycana səfər edəcəksiniz”.

 

Tarix
7 Noyabr 2014 [11:18]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin