MN: Əsgərimizin düşmən gülləsindən həlak olması barədə yayılan xəbərlər həqiqətə uyğun deyil

16:05 - 31 Avqust 2016 - Xəbər

Bəzi kütləvi informasiya vasitələrində Şəmkir rayonundan hərbi xidmətə çağırılmış əsgər Qəmbərov Vüsal Razim oğlunun düşmənin açdığı atəş nəticəsində həlak olması barədə yayılan xəbərlər həqiqətə uyğun deyil. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə ilə bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanıb və hazırda araşdırma aparılır.

Müdafiə Nazirliyi növbəti dəfə kütləvi informasiya vasitələrinə müraciət edərək bildirir ki, Silahlı Qüvvələrimiz haqqında yoxlanılmamış və rəsmi təsdiq edilməmiş məlumatların verilməsi qəbuledilməzdir.

Xəbər xətti