Ana səhifə
23 Sentyabr 2018

Poroşenko sərhəddləri dəyişir

Ukrayna prezidenti Petro Poroshenko  Luqansk vilayəti rayonlarının sərhədlərinin dəyişdirilməsini dəstəkləmək üçün Ali Radanın deputatlarını çağırıb. Ukrayna dövlət başçısı bildirir ki, məqsəd regionda qayda-qanun yaratmaqdır.

Müvafiq qərar layihəsi Ukrayna parlamentinə təqdim olunub. Layihəni Luqansk vilayətinin administrasiya rəhbəri Gennadiy Moskal təqdim edib.

Məsələ bundadır ki, Luqanskın bəzi rayonlarını Ukrayna hakimiyyəti idarə etmir. Layihədə təklif olunur ki, bu rayonların sərhədləri dəyişdirilsin və onlar hakimiyyətin nəzarətində olan rayonlara birləşdirilsin.

Bu, Kiyevə imkan verəcək ki, təqaüd və maaşları ödəsin, hökumət məsuliyyət daşıdığı digər sosial xidmətləri yerinə yetirsin.

UNİAN agentliyinin məlumatına görə, söhbət Shchastye, Qornoye və Zolotoye şəhərlərindən, bir sıra şəhər tipli qəsəbələrdən gedir.

 

Tarix
7 Oktyabr 2014 [16:10]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin