Bakıda iki avtomobil toqquşdu: biri aşdı-FOTOLAR

12:36 - 31 Avqust 2016 - HADİSƏ

Bu gün Bakı şəhərində iki avtomobilin toqquşması ilə nəticələnən ağır yol qəzası baş verib. Ucnoqta.az-ın məlumatına görə, hadisə Yasamal rayonu Mikayıl Müşfiq küçəsində baş verib."Lexus" və "Mazda" markalı minik avtomobillərinin toqquşması sonuncunun aşması ilə nəticələnib. Qəza nəticəsində "Mazda"nın sürücüsünün xəsarət aldığı bildirilir. Hadisə yerində DYP əməkdaşları araşdırma aparırlar.


Xəbər xətti