Ana səhifə
19 Noyabr 2018

Bələdiyyə seçki məntəqəsini satdı - Azərbaycanda

Azərbaycanın Balakən rayonunda maraqlı hadisə baş verib. 

 

 

Ucnoqta.az”  Qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Cederovtala kəndində bələdiyyə məntəqə seçki komissiyasının binasını satıb. Kənd sakini  Zumrat Varşayev “Yeni Müsavat”a deyib ki, bununla bağlı rayon icra başçısına da müraciət edilib, amma reaksiya yoxdur. Kənd sakini bələdyyə sədri Ramiz Ceerçiyevin həmçinin kənd qəbiristanlığının yerini, futbol meydançasını və 12 hektar örüş sahəsini də satdığını bildirib: “Yeni qəbiristanlığın 1, 6 hektar sahəsi qalıb, 40 sotu satılıb. Biz hələ keçmiş icra başçısı Asif Məmmədova müraciət edib bildirmişdik ki, qəbiristanlığın ərazisini bələdiyyə sədri Ramiz Ceerçiyev satmaq istəyir, dərhal torpaqların satışının qarşısını alsın. Bu, Allaha da xoş gedər, bizə də. Özü də deyim ki, bizim kənd qəbiristanlığında Kilsəbuqov və Ağkilsə kəndlərinin sakinləri də dəfn olunub. Amma icra hakimiyyətinin cavabına baxın. Bizim müraciətimizə cavab yazırlar ki, 2010-cu ilə qədər bu qəbiristanlıqda cəmi 2 nəfər dəfn olunub, daha heç kim basdırılmayıb. Ona görə də bu torpaq sahəsi boş qaldığı üçün satılıb”. 

Z.Varşayev deyir ki, kənddə  seçki məntəqəsi 2000-ci ildən fəaliyyətdə olub: “Ta ki son prezident seçkilərinə qədər. Bu seçki məntəqəsi Xanayev Nəbulla Məhəmmədoğluna satılıb. O da məntəqəni ticarət obyekti kimi istifadə edir. Bələdiyyə rəsmi sənəddə qeyd edir ki, məntəqə 5 min manata satılıb. Guya bələdiyyənin Sosial Müdafiə Fonduna borcu olub”. 

 

Tarix
7 Noyabr 2014 [10:52]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin