Avtomobil piyadanı vuraraq hadisə yerindən qaçıb - Şəmkirdə

10:48 - 31 Avqust 2016 - HADİSƏ

Şəmkir rayonunda piyadanın xəsarət alması ilə nəticələnmiş yol qəzası baş verib. Ucnoqta.az xəbər verir ki, bu barədə Şəmkir rayon Polis Şöbəsindən verilən məlumata görə, avtomobil piyadanı vuraraq hadisə yerindən qaçıb.

Məlumata görə, hadisə gecə saatlarında, Bakı-Qazax yolunun Düyərli kəndinin ərazisindən keçən hissəsində baş verib. Naməlum avtomobil yolu keçmək istəyən kənd sakini, 1940-ci il təvəllüdlü Gülarə Namazovanı vuraraq hadisə yerindən qaçıb.
Ağır xəsarətlər alan piyada Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbər xətti