Ana səhifə
13 Noyabr 2018

Putin Ərdoğana “demaqoq diktator“ dedi? - VİDEO

Rusiya Xarici İşlər Nazirliyi “Vladimir Putinin Türkiyə prezidentı Rəcəb Tayyib Ərdoğanı "demaqoq diktator" adlandırması” xəbərinə münasibət bildirib.

 

 

Ucnoqta.az” xəbər verir ki, bu haqda məlumatı Rusiya XİN-i yayıb.

 

Nazirlik verdiyi açıqlamada deyib ki, bu təxribatı sifariş edənlər və yerinə yetirənlər məqsədlərinə çata bilməyəcəklər.

 

"Rusiya prezidenti Vladimir Putinin Valdayda etdiyi çıxış Rusiyanın dövlət televiziyasında canlı olaraq yayımlanıb və bütün mətn vergülünə qədər dərc edilib. AWDnews portalında yayılan xəbər “sifariş” xarakterli olub”, - deyə açıqlamada bildirilir.

 

Rusiya Xarici İşlər Nazirliyi bu cür “əxlaqsız” cəhdlərin Rusiya və Türkiyə arasındakı qarşılıqlı əlaqələrin inkişafına xələl vurmağa hədəfləndiyini ifadə edib.

 

Qeyd edək ki, AWDnews portalında yayılan xəbərdə guya Putin Ərdoğanı Suriya siyasəti və beynəlxalq terrorla mübarizə mövzusunda sərt şəkildə tənqid edib və onu “demaqoq diktator” adlandırıb.

 

AzNews.az

 

 


Putin, Erdoğan İddiasını Yalanladı paylaşan: haberler
Tarix
7 Noyabr 2014 [10:44]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin