İsmayıllıda sərnişin avtobusu qəzaya uğrayıb: ölən və yaralılar var

13:53 - 30 Avqust 2016 - HADİSƏ

Bakıdan Qəbələ istiqamətində hərəkət edən sərnişin avtobusu İsmayıllı rayonu ərazisində qəzaya uğrayıb. AzVision.az xəbər verir ki, hadisə şahidlərinin sözlərinə görə, sərnişin avtobusu yük maşını ilə toqquşub. 
İlkin məlumatlara görə, 2 nəfər hadisə yerində keçinib. Yaralılar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hələlik ölən və yaralıların dəqiq sayı bilinmir.

Xəbər xətti