“Qarabağ” yeni futbolçu alır

13:43 - 30 Avqust 2016 - İDMAN

“Qarabağ” daha bir futbolçu transfer etməyə hazırlaşır. Apasport.az saytı xəbər verir ki, bu barədə Serbiya mətbuatı məlumat yayıb.
Xəbərdə qeyd edilib ki, “Partizan”ın qapıçısı Boyan Şaronov karyerasını Azərbaycan çempionunun heyətində davam etdirəcək. Qapı xəttini Nemanya Stevanoviç və Marko Yoviçiçlə gücləndirən Serbiya klubu Şaronovla yeni saziş imzalamayıb. Daha doğrusu, 28 yaşlı qolkiper özü yeni müqaviləyə razılıq verməyib. Buna səbəb kimi də onun “Qarabağ”la razılıq əldə etməsi göstərilir.
Qeyd edək ki, Boyan Şaronov 2011-ci ildə Serbiya millisində 1 oyunda çərçivəni qoruyub.

Xəbər xətti