Mikroavtobus yanıb - Xızıda

11:45 - 30 Avqust 2016 - HADİSƏ

Xızıda yanğın hadisəsi qeydə alınıb. Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Xızı rayonunda vətəndaşa məxsus "RAF" markalı mikroavtobusun mühərrikinin və salonunun yanar hissələri yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. 

Xəbər xətti