Toyda 150-dən çox adam zəhərlənib - Gürcüstanda

11:19 - 30 Avqust 2016 - Xəbər

Gürcüstanın Marneuli rayonunun Sadaxlı kəndində keçirilmiş toyda 150-dən çox adam, o cümlədən 28 uşaq zəhərlənib. Bu barədə Ucnoqta.az Gürcüstan KİV-inə istinadən xəbər verir.

İlkin məlumatlara görə, kütləvi zəhərlənməyə səbəb qida məhsulu və ya içki olub.
Zərərçəkmişlər yerli xəstəxanalara çatdırılıblar. 40 nəfər hələ də xəstəxanalarda qalıb, onların vəziyyəti sabit dəyərləndirilir.
Gürcüstan Daxili İşlər Nazirliyi zəhərlənmə faktı üzrə istintaqa başlayıb.
Qeyd edək ki, Sadaxlı Gürcüstan Respublikasının Kvemo-Kartli diyarında Marneuli bələdiyyəsinin əhalisinin sayı baxımından ən böyük kəndidir.
Gürcüstanın Dövlət Statistika Komitəsinin məlumatına görə, 2002-ci ildə əhalinin rəsmi siyahıya alınmasına əsasən, Sadaxlı kəndinin əhalisinin sayı 9486 nəfərdir və bunun 97%-ni azərbaycanlılar təşkil edir. 

Xəbər xətti