100 yaşlı qadın kütləvi qaçışda iştirak edib - Kanadada

11:18 - 30 Avqust 2016 - MARAQLI

Kanadanın Vankuver şəhərində kütləvi beynəlxalq qaçış keçirilib. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, qaçışa Hindistanın 100 yaşlı qadın sakini Man Kaur və onun 78 yaşlı oğlu Qurdev Sinqh də qatılıb. Kaur 100 metr məsafəni 1 dəqiqə 20 saniyəyə qaçıb. "Americas Masters Games" adlı yarışda 30 yaşdan yuxarı idmançılar iştirak edib. 100 yaşdan yuxarı kateqoriyasında Man Kaur yeganə iştirakçı kimi qızıl medal alıb.

Xəbər xətti