Ana səhifə
26 Sentyabr 2018

Çingiz Abdullayev hərbi dənizçilərin qonağı olub +FOTO

Dünya şöhrətli yazıçı, əsərləri dünyanın müxtəlif dillərinə tərcümə olunmuş "Şöhrət" ordenli Çingiz Abdullayev Hərbi Dəniz Qüvvələri zabitlərinin qonağı olub. 
 

 

Ucnoqta.az xəbər verir ki, MN-nin verdiyi məlumata görə, tədbiri Mərkəzi Zabitlər Evinin mədəni-bədii iş bölməsinin rəhbəri Gülxar Məmmədova açaraq yazıçının geniş diapazonlu yaradıcılığından, onun əsərlərinin mahiyyətindən, obrazlar dünyasından, yaratdığı zəngin xarakterlərdən danışıb. 
Söhbət formatında qurulan görüşdə yazıçı özünün həyat və yaradıcılığından, müharibə və ədəbiyyatın qarşılıqlı münasibətindən, gənc nəslin intellektinin yüksəldilməsi yollarından danışıb. Yazıçı ona ünvanlanan suallara da ətraflı cavab verib. 
Görüşün sonunda Hərbi Dəniz Qüvvələri komandanı vəzifəsini icra edən birinci dərəcəli kapitan Şahin Məmmədov görüşə dəvəti qəbul edib gəldiyinə görə xalq yazıçısı Çingiz Abdullayevə təşəkkür edərək, ona yaradıcılıq uğurları arzulayıb və hərbi kollektiv adından hədiyyə təqdim edib.

 

Bəhruz

Tarix
7 Noyabr 2014 [10:02]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin