Ana səhifə
15 Noyabr 2018

İlqar Məmmədovun yeri dəyişdirilib

İlqar Məmmədov Bakının Binə qəsəbəsindəki 2 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb. Bu barədə REAL Hərəkatından Azər Qasımlı oktyabrın 7-də facebook səhifəsində yazıb:

“İlqar Məmmədovun həyat yoldaşına bir az əvvəl zəng edilib. Onun 2 saylı Cəzaçəkmə Müəssisəsinə köçürüldüyü bildirilib və əlavə edilib ki, İlqar bəy bir neçə gün karantində qalacaq. Yalnız bundan sonra onunla görüşüb sovqat vermək mümkün olacaqmış. Bundan artıq heç bir məlumat verilməyib. Buna baxmayaraq narahatçılığımız hələ də davam edir”.

Azər Qasımlının sözlərinə görə, İlqar Məmmədovun vəkilləri ilə görüşə icazə verilmədiyindən  bu məlumatın nə qədər həqiqətə uyğun olduğu bilinmir.

 

Tarix
7 Oktyabr 2014 [15:48]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin