Ana səhifə
19 Noyabr 2018

“Qarabağ” oyununda stadionun qapısı aşdı- 1 yaralı+Video+Yenilənib

UEFA Avropa liqasinin qrup mərhələsinin növbəti oyunu zamanı Bakıda keçirilən “Qarabağ” – “Dnepr” oyunu zamanı bədbəxt hadisə qeydə alınıb. 

 

“Qafqazinfo” ans press-ə istinadən xəbər verir ki, oyundan öncə stadiona azarkeşlərin girişi zamanı sıxlıq yaranıb.

Stadionun 11-ci sektoruna buraxılışı nəzərdə tutan dəmir qapının aşması nəticəsində bir nəfər xəsarət alıb.

Yaralı gənc təcili tibbi yardımla 1 saylı şəhər xəstəxanasına aparılıb. Xəstəxanadan aldığımız məlumata görə, hadisə vaxtı xəsarət alan Sabir Mirzəyev müayinə olunur.

Hələlik onun aldığı xəsarətlərin dərəcəsi müəyyən edilməyib.

***

Tofiq Bəhramov adına Respublika stadionunda dəmir qapının aşması nəticəsində xəsarət alan Sabir Mirzəyev başından travma alıb, onun bud nahiyəsi sınıb.

Bu barədə ans press-ə 1 saylı şəhər Kliniki xəstəxanasının həkimi Şəmsi Əhmədov məlumat verib.

Onun sözlərinə görə, Sabir Mirzəyev xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti orta ağır qiymətləndirilir. Həkim onun evə nə vaxt buraxılacağının hələlik dəqiq bilinmədiyini dedi.

Tarix
6 Noyabr 2014 [23:30]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin