Lənkəranda 9 yaşlı qızı maşın vurub

16:23 - 29 Avqust 2016 - HADİSƏ

Lənkəran şəhərində piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. "Rerort" xəbər verir ki, hadisə şəhərin "Kiçik bazar" məhəlləsində qeydə alınıb. Belə ki, Lənkəranın Göyşaban kənd sakini 51 yaşlı Mətləb Rzayevin idarə etdiyi “KIA-Sorento” markalı, 42-BR-640 dövlət qeydiyyat nömrə nişanlı avtomaşın yolu keçmək istəyən əslən İmişli rayonundan olan, Lənkəranda kirayədə yaşayan 9 yaşlı Aysu Rafiq qızı Hüseynlini vurub. Sürücü yaralını Lənkəran Mərkəzi rayon Xəstəxanasına (RMX) çatdırıb. Xəstəxanadan bildirilib ki, A.Hüseynli qapalı kəllə-beyin travması alıb və reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. 
Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti