Ana səhifə
18 Sentyabr 2018

Azərbaycandan sərt etiraz

Avropa vətəndaş cəmiyyəti forumunda iştirakımız sual altındadır

 

 

Brüsseldə Avronest Parlament Assambleyasının Sosial Komitəsinin iclasında Gürcüstandan olan məruzəçi Mirzalişvilinin təklifi ciddi etiraza səbəb olub. Belə ki, o, Şərq Tərəfdaş ölkələrinin Vətəndaş Cəmiyyəti Forumun noyabrın 21-də Batumidə keçiriləcək illik toplantısında tanınmayan ərazilərin QHT-lərinin dəvət olunması haqqında təklif verib.

 

Ucnoqta.az”ın məlumatına görə, ilk reaksiya Azərbaycan nümayəndə heyətindən gəlib. Milli Məclisin üzvü, Avronest Parlament Assambleyasının komitə sədrinin müavini Azay Quliyev bu təklifin çox zərəli və sülh danışıqlarının ruhuna zidd olduğunu bildirib və belə bir addımı separatist rejimlərin stimullaşdırılması və dolayısı ilə işğal edilmiş ərazilərdə mövcud olan qondarma rejimlərin legitimləşdirilməsi cəhdi kimi qirmətləndirib.

 

O deyib: "Heç bir legitim əsasa söykənməyən bu cür qurumların Şərq Tərəfdaşlığı ölkələri vətəndaş cəmiyyəti forumuna dəvət olunma təşəbbüsü Azərbaycan Milli Platforması tərəfindən qəti şəkildə pislənilib və bu qanunsuz addımın atılacağı təqdirdə Azərbaycan bu forumda iştirakını dayandıracaq."

 

Belə olan halda Şərq Tərəfdaşlığı ölkələri vətəndaş cəmiyyəti forumunun məruzəçisi Mirzaişvili bu məsələnin həlli üçün konsensusun vacibliyini və Azərbaycanın mövqeyinin nəzərə alınacağını söyləyib.

Tarix
6 Noyabr 2014 [19:11]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin