Maştağada mənzildən oğurluq edən tutulub

13:34 - 29 Avqust 2016 - HADİSƏ

Bakıda mənzildən oğurluq edən şəxs  saxlanılıb. Daxili İşlər Nazirliyinin saytına verilmiş məlumata görə, Sabunçu rayon 14-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 27-də Maştağa qəsəbəsində yaşayan Hümbət Hümbətovun evindən 9100 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Sahil Mahmudov tutulub, daha bir nəfər isə müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti