"Nissan" aşdı: 29 yaşlı qadın öldü - Bakı-Qazax yolunda

11:27 - 29 Avqust 2016 - HADİSƏ

Bakı-Şamaxı magistralının Abşeron rayonundan keçən hissəsində ağır yol qəzası baş verib. Ucnoqta.az lent.az-a istinadən xəbər verir ki, magistralın 54-cü kilometrliyində "Nissan" markalı, 90 VH 774 dövlət qeydiyyat nişanlı avtomobil sürücünün idarəetməsindən çıxaraq aşıb. Nəticədə avtomobildə olan 29 yaşlı qadın sərnişin aldığı xəsarətlərdən vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti