Moskvada yanğında ölənlər Qırğızıstan vətəndaşlarıdır

15:59 - 27 Avqust 2016 - DÜNYA

Moskvada mətbəənin anbarında baş vermiş yanğında ölənlərin hamısı Qırğızıstan vətəndaşlarıdır. Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bunu Fövqəladə Hallar Nazirliyinin Moskva üzrə Baş İdarəsinin rəisi İlya Denisov deyib. Onun sözlərinə görə, Qırğızıstan vətəndaşları anbarda qeyri-leqal işləyiblər.
Son məlumata görə, yanğında 17 nəfər ölüb.

Xəbər xətti