Ana səhifə
26 Sentyabr 2018

İran - Azərbaycan əlaqələrində yeni mərhələ

Fikrət Sadıqov: “İran prezidentinin Azərbaycana səfəri bir çox məsələlərə aydınlıq gətirəcək”


Rasim Musabəyov: “Əgər İran öz münasibətini ciddi şəkildə qoyarsa, bu Ermənistanı silkələyə bilər”


İran prezidenti Həsən Ruhani Azərbaycana gəlir. Xəbər verildiyi kimi səfər gələn həftə baş tutacaq. Belə bir ərəfədə İran - Azərbaycan əlaqələrində yeni mərhələnin başlanmasına işarə edən ekspertlər bu səfəri yüksək qiymətləndirməklə yanaşı, bunu “açıq qalan suallar”ın tapılmasına doğru atılmış addım kimi də təhlil edirlər. Azərbaycan və İran arasında iqtisadi sahədə əməkdaşlığın genişləndiyini deyən ekspertlər iki qonşu ölkənin öz maraqlarını bir araya gətirlməsini mühüm hesab edirlər.

 

Politoloq Elman Nəsirli bildirdi ki, İranın xarici siyasətində ikitərəfli münsibətlər formatı prioritet təşkil edir. “Bizi İranla ümumi tarix, region, ümumi din, ənənə oxşarlıqları birləşdirir. Bütün bunlarla yanaşı bu dövlətdə 35 milyondan artıq soydaşımız yaşayır. Bütün bu məsələlər Bakı-Tehran münasibətlərinin hər zaman normal olmasını və inkişaf etməsini tələb edir. Azərbaycan dövləti də məsələyə məhz bu kontekstdə yanaşır. Xüsusilə 1994-cü ilin iyul ayında ümummilli lider Heydər Əliyevin İrana rəsmi səfərindən sonra Azərbaycan-İran münasibətlərinin inkişafı üçün yeni bir mərhələ açıldı. O vaxta qədər isə əvvəlki hakimiyyət elə bir vəziyyət yaratmışdı ki, İran Azərbaycan tərəfinə əsas düşmən kimi baxırdı”.
Politoloq İranla münasibətlərin ziqzaqvari inkişafını səciyələndirərək, bütün məqamlarda rəsmi Bakının qonşu dövlətlə məhz mehriban qonşuluq münasibətlərinin qorunub saxlanmasında maraqlı olduğunu və bundan irəli gələn addımlar atdığını dedi. O qeyd etdi ki, Azərbaycan Prezidentinin bu ilin aprel ayında İrana səfər edib və İran prezidenti Həsən Ruhani ilə görüşüb. Görüş zamanı məlum oldu ki, iki ölkənin əlaqələrinin daha da inkişafı üçün geniş potensial var və ondan maksimum faydalanmaq lazımdır. Eyni zamanda həllini tapa bilməyən məsələlərin həll olunması ilə bağlı ehtimalların da heç də az olmadığı ortaya qoyuldu. “Həmin məsələlər içərisində Xəzərin statusu ilə bağlı fikir ayrılıqları, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı İranın tutduğu mövqe, xüsusilə də viza məsələlərində müəyyən anlaşılmazlıqlar və onun ləğvi vardı. Məsələyə bu kontekstdə yanaşdıqda İran prezidenti Həsən Ruhaninin Azərbaycana olan səfərini həmin məsələlərin həlli yollarının tapılması kimi dəyərləndirmək olar”.
Politoloq dedi ki, bu səfər çərçivəsində nüvə proqramı ilə bağlı yeni şərait və İrana təzyiq siyasətinin yumşalması məsələləri haqqında da fikir mübadiləsi aparılacaq.“Çünki Azərbaycan dünyada sözü olan və propseslərə təsir etmək imkanına malik olan regional səviyyədən çıxmış bir dövlətdir. İran bu realllığın fəqrindədir. Noyabrıın 24-ü İranın nüvə proqramı məsələsi ilə bağlı müddət bitir. Həmin vaxta qədər 5+1 danışıqlarında İranla razılaşmanın həll edilməsi gözlənilir. Eyni zamanda bu razılaşmanın əleyhdarı olan qüvvlər də var. Həmin qüvvələr nüvə proqramı ilə bağlı hər hansı bir güzəşti İranın milli-dövlətçiliyinə xəyanət kimi dəyərləndirirlər. Azərbaycanın 5+1 formatı ölkələri, eyni zamanda da İranla münasibətlərinin yaxşı olması fonunda bu prosesə dəstək verə bilər”.
Politoloq Dağlıq Qarabağ münaqişəsində İranın Azərbaycana dəstəyi ilə bağlı məqamlara da toxundu. Onun sözlərinə görə, İranın Qarabağ məsələsində vasitəçilik etmək istəyi o dərəcədə də ciddi qarşılanmır.
“İran bir neçə dəfə anoloji addımlar atıb. Amma təəssüflər olsun ki, onlar nəticə verməyib. Əksinə, Ermənistan tərəfi danışıqlarda bundan “hücum” vasitəsi kimi istifadə edib. İran Minsk qrupunun üzvü deyil. Belə olan vəziyyətdə İranın məsələ ilə bağlı təşəbbüsünə yalnız hörmətlə yanaşmaq olar”.

 

Politoloq Firkət Sadıqov isə bildirdi ki, Azərbaycanla İranı mühüm tellər, vacib məqamlar birləşdirir. “İran Azərbaycanın ərazi bütövlüyünü tanıyır. O da sirr deyil ki, İran Ermənistanla da əməkdaşlıq edir. Bu fakt Azərbaycan cəmiyyətində qıcıqlandırıcı effekt yaradır. Biz həmişə bu barədə demişik və çox güman ki, Həsən Ruhaninin Azərbaycana səfəri zamanı bu məsələ qaldırılacaq. Bu gün İranda kifayət qədər azərbaycanlı yaşayır. Bu bizim İranla əlaqələrimizin yüksək həddə qurulmasını şərtləndirən vacib elementlərdən biridir. Ümumiyyətlə, Yaxın Şərqdə baş verən olayları nəzərə alsaq Azərbaycan İran əlaqələri mühümdür. Bu mənada İran prezidentinin Azərbaycana səfəri bir çox məsələlərə aydınlıq gətirəcək. bununla ayanaşı politoloq Dağlıq Qarabağ münaqişəsinə toxunulacağını istisna etmədi”- politoloq dedi.

 

Millət vəkili Rasim Musabəyov bildirdi ki, Azərbaycan çox istərdi ki, İran Qarabağ probleminin həlli prosesində ona dəstək versin. Onun sözlərinə görə, Ermənistan İrandan çox aslıdır. “Əgər İran özünün münasibətini təkcə ümumi bəyanatlar verməklə məhdudlaşdırmasa, münaqişənin Azərbaycanın ərazi bütövlüyünün qorunması şərti ilə həll olunması məsələsini ciddi şəkildə qoyarsa, bu Ermənistanı silkələyə bilər”.

Tarix
6 Noyabr 2014 [18:14]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin