Ana səhifə
20 Sentyabr 2018

Qadınlara kiçik biznesin qurulması təlimi keçirildi +FOTOLAR

Əliməmməd Nuriyev: “Hazırda qadın sahibkarlığının inkişafı üçün böyük potensial var”


“Qadınlar Arasında Həmrəylik” İctimai Birliyi və “Konstitusiya” Araşdırmalar Fondu “Qadın Sahibkarlığı və Məşğulluğunun Dəstəklənməsi üzrə İctimai Maraqların Qorunması” layihəsi çərçivəsində Şamaxı rayonunda qadınlar üçün “Qadın sahibkarlığı: kiçik biznesi necə qurmalı” mövzusunda təlim keçirib. Təlim iştiraçılarına layihə fəaliyyətləri barədə məlumat verən Konstitusiya Araşdırmaları Mərkəzinin direktoru Əliməmməd Nuriyev hazırda qadın sahibkarlığının inkişafı üçün böyük potensialın olduğunu deyib. Onun sözlərinə görə, bütün çətinliklərə baxmayaraq xanımlar biznesdə özlərini sınamaqdan çəkinmirlər və bu sahədə öz sözlərini demək iqtidarında olduqlarını sübut edirlər. O, qeyd edib ki, kiçik sahibkarlıqla məşğul olmaq istəyən, buna potensialı olan xanımlar bir çox hallarda yaxşı ideyaları, hətta işlək biznesləri olmasına baxmayaraq, yetərli bilik və məlumatlara malik olmadıqlarından ilk addımalrı ata, biznesi genişləndirə bilmirlər. Layihədə məhz bu biliklərin verilməsi əsas məqsədlərdən biridir.
Layihə rəhbərinin köməkçisi Gültəkin Ramazanovanın verdiyi məlumata görə, təlimin birinci günü “Sahibkarlığın hüquqi əsasları” mövzusuna həsr olunub. Təlimdə iştirakçılara fərdi sahibkarlıq, hüquqi şəxs yaradılması, vergilər, müqavilələr, sahibkarlıq fəaliyyətini tənzimləyən qanunvercilik barədə məlumatlar verilib. Təlimin ikinci gününü “Sahibkarlıq – kiçik və orta biznesin idarə olunmasında əsas prinsiplər” mövzusuna həsr edilib. İşirakçılara biznes, marketinq planın hazırlanması, biznes kredirlər barədə bilik və bacarıqlar öyrədilib. Biznes planın hazırlanması üçün qrup oyunları keçirilib. Qrup iştirakçıları biznes plan hazırlanması ilə bağlı tapşırıqları yerinə yetiriblər. Tədbirin yekunları ilə bağlı çıxış edən iştirakçılardan Bağırova Məlahət qeyd edib ki, təlim zamanı əsas diqqət yetirdiyi biznes plan hazırlanması olub. Bu barədə özü çox oxuyub. Amma heç vaxt özü müstəqil hazırlaya bilməyib. Bu təlimdən sonra isə artıq bunu bacaracğına əmindir.
Təlimçilərdən Z.İbrahimli qeyd edib ki, “suallar, fəallıq da göstərdi ki, xanımlar özlərində biznesə başlamaq potensialı və cəsarəti hiss edirlər. Bu isə əsas şərtdir”.
Layihə çərçivəsində həmçinin Şamaxıda orta məktəblərin 10-11 siniflərdə təhsil alan xanım şagirdlərlə görüş keçirilib. Görüşdə xanım şagirdlərə təhslilin, xüsusən peşə təhsilinin vacibliyi barədə məlumat verilib. Azərbaycanda xanımların əldə etdikləri naliyyətlər, lider xanımların həyatından misallar, uğur hekayələri xanım şagirdlərin diqqətinə çatdırılıb. Layihə ekspertləri bu nümunələrlə xanım şagirdlərə karyera, uğur qazanılması üçün təhsilin xüsusi önəmini, vacibliyini anladıbalr. Təhsil almaq hüquqları, bununla bağlı valideynlərin məsuliyyəti və vəzifələri, xanım şagirdləri təhsildən yayındırmağa çalışanların məsuliyyəti barədə məlumat verilib. Həmçinin, erkən nikahların ziyanı, bununla bağlı məsuliyyət barədə bilgilər şagirdlərin diqqətinə çatdırılıb.
 

Tahirə

Tarix
6 Noyabr 2014 [18:03]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin