Ana səhifə
24 Sentyabr 2018

Kəmaləddin Heydərovla Melani Şults van Haegen-Maas Geesteranus arasında görüş keçirilib.

Bu gün Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovla ölkəmizdə səfərdə olan Niderland Krallığının infrastruktur və ətraf mühit naziri xanım Melani Şults van Haegen-Maas Geesteranus arasında görüş keçirilib.

 

 

Ucnoqta.azxəbər verir ki, Trend Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən bildirib ki, K.Heydərov holland nazirə nazirlik, o cümlədən onun strukturuna daxil olan qurumların fəaliyyəti haqqında ətraflı məlumat verib, iki ölkənin müvafiq qurumları arasında fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində sıx əməkdaşlığın mövcud olduğunu bildirib. O, hər iki qurum arasında, xüsusilə, su resurslarının idarə oluması və daşqınların qarşısının alınması istiqamətində əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyini önə çəkib.

M.Ş.Haegen-Maas Geesteranus, öz növbəsində, səmimi qəbula görə təşəkkürünü bildirib, hər iki qurum arasında mövcud əlaqələrin daha da inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib.

Sonra K.Heydərov və xanım M.Ş.Haegen-Maas Geesteranus “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Niderland Krallığının İnfrastruktur və Ətraf Mühit Nazirliyi arasında su ehtiyatlarının idarə olunması sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu imzalayıblar.

Səfər çərçivəsində Fövqəladə Hallar Nazirliyinin bəzi qurumlarının fəaliyyəti ilə tanışlıq da nəzərdə tutulur.

 

Tarix
6 Noyabr 2014 [17:55]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin