Dolların limitlə satışı dayandırıla bilər

12:05 - 26 Avqust 2016 - ÖLKƏ İÇİ

Banklarda dolların məzənnəsi ilə bağı naməlumluq yaranıb. Ucnoqta.az Fins.az-a istinadən xəbər verir ki, bu gün saat 10:45 dəqiqələrinə qədər banklar günün məzənnəsini təyin edə bilməyiblər.

Bundan əlavə, gün ərzində dollar əməliyyatlarının həyata keçirilib-keçirilməyəcəyinə dair banklarda dəqiq qərar da yoxdur.
Nəzərə çatdıraq ki, dünəndən başlayaraq banklar dollar satışına limiti 300 dollardan 100 dollara endiriblər. Bank dairələrindən verilən məlumata görə, bu gün günorta saatlarından dolların limitlə də satışı dayandırıla bilər.

Xəbər xətti