"Qarabağ" Avropa Liqasının qrup mərhələsində

22:11 - 25 Avqust 2016 - İDMAN

Bu gün Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilib. “Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionunda İsveçin “Qöteborq” klubunu qəbul edib.hesab oyunun ilk hissəsində açılıb. Rəşad Sadıqov 19-cu dəqiqədə "Qarabağ"ın ilk topunu vurub. Bundan sonra Muarem Muarem (26) və Dani Kintananın (51) qolları ilə "Qarabağ" hesabı 3:0-a çatdırıb. Bununla da "Qarabağ" öz meydanında "Qöteborq"a qalib gələrək qrup mərhələsinə vəsiqə qazanıb.
Qeyd edək ki, ilk oyun İsveçdə "Qöteborq"un 0:1 qələbəsi ilə bitmişdi.


25 avqust
Avropa Liqası
Pley-off mərhələsinin cavab oyunu

20:30. "Qarabağ" (Azərbaycan) - "Qöteborq" (İsveç) - 3:0 
Qollar: Rəşad Sadıqov, 19 (1:0), Muarem Muarem, 26 (2:0), Dani Kintana, 51 (3:0)
İlk oyun 0:1
Baş hakim: Vladislav Bezborodov
Yan xətt hakimləri: Valeri Dançenko, Maksim Qavrilin 
Dördüncü hakim: Kiril Levnikov (hamısı Rusiya) 
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu 

Xəbər xətti