Xilasedicilər dənizdə batan 3 nəfəri xilas edib

17:33 - 25 Avqust 2016 - HADİSƏ

Dənizdə batan 3 nəfər xilas edilib.Fövqəladə Hallar Nazirliyinin saytında verilmiş xəbərə görə, nazirliyə Bakı şəhəri, Sabunçu rayonunda 3 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.
Dərhal Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıb və aidiyyati üzrə təhvil verilib.
Əməliyyat saat 16:30-da başa çatıb.

Xəbər xətti