Ana səhifə
24 Sentyabr 2018

Metrodakı yanğının görüntüsü yayıldı - Video

Bu gün səhər saatlarında metronun Qara Qarayev stansiyasında yanğın baş verib.

 

Belə ki, Həzi Aslanov istiqamətində hərəkət edən qatarın sonuncu vaqonunda kiçik yanğın hadisəsi olub. Qara Qarayev metrostansiyasında qatarı saxlayaraq, sərnişinləri vaqonlardan kənarlaşdırıblar. 

 

Hər kəs həyəcanla nə baş verdiyini öyrənməyə çalışıb. Məlum olub ki, qatarın sonuncu vaqonunun alt hissəsində naməlum səbəblərdən yanğın baş verib. 

 

Hadisə zamanı baş verənləri öz mobil telefonu ilə qeydə alan sərnişinlərdən biri həmin videonu musavat.com-a göndərib. 

 

Təqdim edəcəyimiz videogörüntülərdən məlum olur ki, maşinistlərdən biri yanğınsöndürmə balonları ilə alovu söndürməyə çalışır. Amma onun bu cəhdləri yaxşı alınmır. Çünki yanğınsöndürmə balonları ya boşdur, ya da çalışmır. 

 

Xoşbəxtlikdən bir müddət sonra baş vermiş qəza aradan qaldırılıb və qatarın hərəkəti bərpa olunub.

 

Tarix
6 Noyabr 2014 [17:31]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin