Ana səhifə
18 Noyabr 2018

Nəqliyyat qoçuları sürücünün əl qolunu bağladı pulunu oğurladı-Biabırçılıq

Nəqliyyat Nazirliyinin işçilərinin qanunsuzluğu ilə bağlı daha bir fakt Xəzər Rayon Prokurorluğunda araşdırılır.

 

 

"Ucnoqta.az" xəbər verir ki, Xanlar Mahmudovun Axar.az-a dediyinə görə, sentyabrın 13-də NN-in işçiləri onun avtomobilindən 295 AZN pul, avtomobilinin və özünün sənədlərini götürərək yoxa çıxıblar.

 

Hadisə Qala qəsəbəsində olub: “Nəqliyyat Nazirliyinin işçiləri seriya nömrəsi 340 olan "Daevoo Neksia” avtomobili ilə məni saxladı. Heç bir sənəd istəmədən 60 manat pul tələb etdilər. Təbii ki, mən o pulu heç bir səbəb olmadan vermək istəmədim. Bundan sonra biri avtomobilin çölündən əl-qolumu tutdu, o biri isə maşının içinə girib 295 manat pulumu, maşının açarını, sonra isə köynəyimin cibindən şəxsiyyət vəsiqəmi və maşının sənədlərini götürdü. Axırda çöldən əl qolumu tutan şəxs yumruqla avtomobilin güzgüsünü sındırdı və hər ikisi öz avtomobillərinə oturub getdilər. 

 

Hadisədən dərhal sonra Xəzər Rayon Polis Şöbəsinə şikayət ərizəsi yazdım. Onlar isə Xəzər Rayon Prokurorluğuna yönləndirdilər. Oktyabr ayının 3-də Binəqədi rayonunda yerləşən Nəqliyyat Nazirliyinin ekspedisiya şöbəsinin müdiri Emin müəllimin yanında oldum. O, kimliyimin və avtomobilimin texniki pasportunun onda olduğunu desə də, pulumun və avtomobilimin açarının onlarda olmasını dandı. Hazırda işə Xəzər rayon prokurorluğu baxır. Hələ ki, heç bir xəbər yoxdur”.


İlk iş günündə Nəqliyyat Nazirliyinin mövqeyini öyrənməyə çalışacağıq.

 

Tarix
7 Oktyabr 2014 [13:56]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin